...

Azərbaycanda MDB ölkələrinin tələbələri üçün "Liderlik məktəbi" təşkil olunacaq

Cəmiyyət Materials 1 Avqust 2011 15:50 (UTC +04:00)
Azərbaycanda MDB ölkələrinin tələbələri üçün "Liderlik məktəbi" təşkil olunacaq.
Azərbaycanda MDB ölkələrinin tələbələri üçün "Liderlik məktəbi" təşkil olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda MDB ölkələrinin tələbələri üçün "Liderlik məktəbi" təşkil olunacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən məlumat verilib.

"MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi" adlanan layihə avqustun 8-dən 13-ə kimi Qəbələ şəhərində keçiriləcək. Layihədə yerli tələbələrlə yanaşı, MDB ölkələrindən olan tələbələr də iştirak edəcəklər. MDB-yə üzv ölkələrin Hökümətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək layihədə ümumilikdə 75 gənc iştirak edəcək.

Düşərgədə Azərbaycanı təmsil edəcək ən layiqli tələbələrin iştirakını təmin etmək məqsədilə ATGTİ əvvəlki illərdə olduğu kimi ilkin mərhələdə seçim turu keçirib. Belə ki, www.atgti.az saytına daxil olan 250-dən çox ərizədən 107 müsabiqə tələblərini ödəyən ərizə sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 25 tələbə düşərgədə iştirak hüququ qazanıb. Digər tələbələr isə məktəbin tələblərinə uyğun olaraq MDB ölkələrindən seçilərək göndəriləcək.

Düşərgədə gənclərlə nazirlərin, dövlət xadimləri, millət vəkilləri və başqa nümayəndələrin görüşü təşkil olunacaq. Mütəxəssislər tərəfindən iştirakçılara komanda işi, liderlik, ictimaiyyətlə əlaqələr və başqa mövzular üzrə təlimlər keçiləcək. Bundan əlavə, gənclər sosial gecələrdə komanda şəklində fəaliyyətlərini nümayiş etdirəcəklər. Düşərgənin sonunda qalib komanda qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Ümumilikdə isə bütün iştirakçılara layihədə iştiraklarını təsdiqləyən diplomlar təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti