...

Azərbaycanın ali məktəblərinin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 5 419 abituriyent ixtisas seçimi edib

Cəmiyyət Materials 6 Avqust 2011 12:38 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas (tam orta təhsil bazasında) müəssisələrinə qəbul olmaq üçün indiyədək 5419 abituriyent ixtisas seçimi edib.
Azərbaycanın ali məktəblərinin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 5 419 abituriyent ixtisas seçimi edib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas (tam orta təhsil bazasında) müəssisələrinə qəbul olmaq üçün indiyədək 5419 abituriyent ixtisas seçimi edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə şənbə günü Trend-ə bildirib ki, onların 5019-u Azərbaycan, 400-ü rus bölməsinin abituriyentidir.

Ümumilikdə abituriyentlərin 1530-u I, 1237-i II, 1893-ü III, 759-u IV ixtisas qrupu üzrə ərizələrini təsdiqlədib.

Ərizələrin qəbulu avqustun 9-dək davam edəcək. Abituriyentlər bu müddətdə elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

2011-2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 faiz dolub.

Ali məktəblərdə 2087 vakant yer qalıb. Bu yerlərin 776-sı I, 663-ü II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Vakant yerlər əsasən özəl ali məktəblərdədir.

Xəbər lenti

Xəbər lenti