...

Tehranda narkotik cinayətlərinə görə həbs olunmuş şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilir

Cəmiyyət Materials 8 Avqust 2011 11:40 (UTC +04:00)
Tehranda narkotik cinayətlərinə görə həbs olunmuş şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilir. Bunu İranın Həbsxanalar Təşkilatının sədri Qulamhüseyn İsmaili deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Tehranda narkotik cinayətlərinə görə həbs olunmuş şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilir

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Tehranda narkotik cinayətlərinə görə həbs olunmuş şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi tikilir. Bunu İranın Həbsxanalar Təşkilatının sədri Qulamhüseyn İsmaili deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

İsmailinin sözlərinə görə, həmin cəzaçəkmə müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir və dekabr ayına kimi istifadəyə veriləcək.

İranda məhbusların 50 faizi narkotik cinayətlərinə görə həbs edilib. İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 150 minə yaxın məhbus saxlanılır. İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir. İranda hər 100 min nəfərə 200 məhbus düşür. Asiyada bu rəqəm 140-dır. Dünya üzrə, orta hesabla, hər 100 min nəfərə 184 məhbus düşür.

Xəbər lenti

Xəbər lenti