...

Ermənistan ictimaiyyətinin katolikos II Qareginin istefasını tələb etməsinin səbəbləri

Cəmiyyət Materials 9 Avqust 2011 13:39 (UTC +04:00)
"Facebook" sosial şəbəkəsində fəaliyyət göstərən "Katolikosun istefasını tələb edirik" vətəndaş təşəbbüsü məlumat yayıb ki, təşəbbüs çoxsaylı problemlərin bir neçə bəndini təqdim edir. Bu problemlər bütün ermənilərin katolikosu II Qaraginin istefası tələbinə səbəb olub.
Ermənistan ictimaiyyətinin katolikos II Qareginin istefasını tələb etməsinin səbəbləri

Azərbaycan, Bakı, 9 avqust /Trend/

"Facebook" sosial şəbəkəsində fəaliyyət göstərən "Katolikosun istefasını tələb edirik" vətəndaş təşəbbüsü məlumat yayıb ki, təşəbbüs çoxsaylı problemlərin bir neçə bəndini təqdim edir. Bu problemlər bütün ermənilərin katolikosu II Qaraginin istefası tələbinə səbəb olub.

"Biz bir daha onları qeyd etməyi vacib bilirik, çünki indiyədək problemlər və opponentlərimizin narahatlığı əvəzinə yalnız əsassız və demaqoq bəyanatlar səsləndirilib", - təşəbbüsün məlumatında deyilir.

Trend-in məlumatına görə, bəyanatda təşəbbüs müəlliflərini katolikosun istefası ilə bağlı tələbi əsaslandırmağa məcbur edən 7 bənd var.

1. Katolikosun erməni dilinə və erməni xalqının gələcəyinə etinasızlığı. Bu, onun dil haqqında qanuna dəyişikliklərin müzakirəsində və bu satqın qanun layihəsinin təsdiqində davamlı susmasında özünü biruzə verib. "Bu bəndin xüsusi əhəmiyyətini qeyd edirik, çünki məhz dil və messa yazıları əsrlər boyunca erməni xalqını qoruyub və kilsəmizi milli kilsəyə çevirib, bunun köməyi ilə dilin mövqeləri erməni xalqının həyatında möhkəmlənib. İndiki hakimiyyət katolikosun susmuş etinasızlığı ilə bu qanun layihəsini öz əlləri ilə qəbul etməklə xalqımızın məhv olması üçün zəmin yaradıb".

2. Onun vəzifədə olduğu illərdə həyata keçirilən Ermənsitanın orta əsr kilsələrinə və məbədlərinə qarşı mədəni soyqırım (avropa təmiri şəklində).

3. Ruhanilərin korrupsiyaya qurşanması. Bu, erməni kilsəsinin gələcəyini təhlükə altında qoyur.

4. Kilsəni zəiflədərək müxtəlif sekta təşkilatlarının fəaliyyətini stimullaşdıran kilsə və xalq arasında böyük uçurum.

5. İnsanlarda kilsəyə qarşı yaranan inamsızlıq və hörmətsizlik, bunun səbəbləri göz qabağındadır.

6. Kilsə və hakimiyyətin səmimi olmayan və şübhə doğuran "qardaşlığ"ı.

7. Kilsənin biznes dünyasına cəlb edilməsi.

"Təşəbbüsün üzvləri Milli Kilsə Şurasından bu məsələ ilə bağlı yazılı izahat tələb edirlər. Biz Ermənsitan Apostol Kilsəsində hələ də xeyirxah din xadimlərinin olmasına və onların bu məsələnin həllində ardıcıllıq nümayiş etdirəcəklərinə əminik", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti