...

Bu il Azərbaycanda iki yüzdən artıq gənc xaricdə təhsil almaq imkanı qazanıb

Cəmiyyət Materials 16 Avqust 2011 14:21 (UTC +04:00)
Bu il Azərbaycanda iki yüzdən artıq gənc xaricdə təhsil almaq imkanı qazanıb. Bu barədə Trend-ə Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu il Azərbaycanda iki yüzdən artıq gənc xaricdə təhsil almaq imkanı qazanıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Z.Əhmədova/

Bu il Azərbaycanda iki yüzdən artıq gənc xaricdə təhsil almaq imkanı qazanıb. Bu barədə Trend-ə Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən məlumat verilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, bu il 250 ölkə vətəndaşı xarici ölkələrdə təhsil almaq hüququ qazanıb.

Ümumilikdə 800-dən artıq şəxs dövlət hesabına xaricdə təhsil almaq imkanı əldə edib ki, onların bir hissəsi artıq təhsilini başa vuraraq ölkəyə qayıdıb.

Hazırda Azərbaycan vətəndaşlarının xaricdə təhsili dörd üsulla reallaşa bilər: şəxsi hesaba, tələbə mübadiləsi həyata keçirən təşkilatların proqramları hesabına, Təhsil Nazirliyi tərəfindən təşkil olunan dövlət hesabına, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq.

Xəbər lenti

Xəbər lenti