Azərbaycan, Bakı, 17 avqust /Trend/
Ermənistanda dispanserdə uçota duran narkomanların sayı artıb
2010-cu il ərzində Ermənistanda 912 narkoman narkodispanserin uçotuna salınıb ki, halbuki 2009-cu ildə onların sayı 676 nəfər olub. Trend-in məlumatına görə, bu barədə Ermənistanın Milli Statistika Xidmətinin sosial sahə aparatının statistika şöbəsinin rəisi Nelli Baqdasaryan "Novosti Armenii- NEWS.am" agentliyinin müxbiri ilə söhbətində bildirib.
İlk dəfə "narkomaniya" diqanozunnu qoyulduğu adamların sayına gəldikdə, 2010-cu ildə belə şəxslərin sayı 2009-cu ildəki 200 nəfərə qarşı 235 nəfər olub.
Xatırladaq ki, Ermənistan vətəndaşı üçün narkomaniyadan müalicə dövlət sifarişi çərçivəsində həyata keçirilir. Müalicənin yalnız bir metodu - "Ultra-rapid opiate detoxification" ödənişlidir. Qiymət 700-800 min dram (2 min dollardan çox) arasındadır. Bu metod 24 ay ərzində insanın narkotik asılılığından azad olmağa imkan verir.
Ermənistanda narkomanların sayı artıb
Ermənistanda dispanserdə uçota duran narkomanların sayı artıb
