...

Sabiq deputatlığa namizədin məhkəməsi davam edib

Cəmiyyət Materials 17 Avqust 2011 17:59 (UTC +04:00)
Bu gün Göyçay rayon məhkəməsində millət vəkilliyinə sabiq namizəd Vidadi İsgəndərovun məhkəməsi müdafiə tərəfinin şahidlərinin dindirilməsi ilə davam edib.
Sabiq deputatlığa namizədin məhkəməsi davam edib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Bu gün Göyçay rayon məhkəməsində millət vəkilliyinə sabiq namizəd Vidadi İsgəndərovun məhkəməsi müdafiə tərəfinin şahidlərinin dindirilməsi ilə davam edib.

Trend-in məlumatına görə, məhkəmə baxışı başlananda məlum olub ki, müdafiə tərəfinin çağırdığı şahidlərin heç biri məhkəməyə gəlməyib. İsgəndərov dövlət ittihamçısına etiraz verib və etiraz təmin olunmayıb.

Fasilədən sonra məhkəməyə gəlmiş İsgəndərovun tərəfdarları Hikmət Qasımov və Ramil Sadıqov hadisə günü onunla bir yerdə olmadıqlarını və onun dediklərini təsdiq edə bilməyəcəklərini göstəriblər.

Müdafiə tərəfinin şahidləri olan polis əməkdaşları Razi Hüseynov və İbad Məmmədov İsgəndərovun göstərdiklərinin əksinə olaraq bildiriblər ki, seçki günü onlar 17 saylı seçki məntəqəsinin yaxınlığında ictimai asayişi qoruyarkən İsgəndərovun məntəqəyə daxil olub oradan çıxarkən xeyli sayda seçki bülletenlərini oğurlayıb apardığının, küçədə isə müşahidəçi Araz Ələkbərovu döydüyünün şahidi olublar.

Şahidlərin ifadəsindən sonra İsgəndərov dövlət orqanlarının və ayrı-ayrı vəzifəli şəxslərin ünvanına hədələrlə dolu bəyanatlar verib.

Onun bu hərəkətləri dayandırıldıqdan sonra o, həmişəki kimi qeyri-məntiqi vəsatət verərək, erməniləri sevmədiyini sübut etmək üçün məhkəmə zalında dövlət himninin səsləndirilməsini tələb edib.

İsgəndərovun bu vəsatəti onun növbəti dəfə məhkəmədə şou yaratmaq cəhdi kimi iymətləndirilərək təmin olunmayıb.
Məhkəmə baxışı avqust ayının 18-də davam etdiriləcək.

İsgəndərov sonuncu parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində seçki komissiyalarının fəaliyyətini pozmaqda ittiham olunur.

Xəbər lenti

Xəbər lenti