...

"Barselona" İspaniya Superkubokunu qazandı (VIDEO)

Cəmiyyət Materials 18 Avqust 2011 14:31 (UTC +04:00)
Madridin "Real" klubu və "Barselona" arasında İspaniya Superkuboku uğrunda keçirilmiş final matçının ikinci oyunu başa çatdı.
"Barselona" İspaniya Superkubokunu qazandı (VIDEO)

Videorolik əlavə olunub (birinci xəbər 04:21-də yayılıb)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Madridin "Real" klubu və "Barselona" arasında İspaniya Superkuboku uğrunda keçirilmiş final matçının ikinci oyunu başa çatdı.

Nou Kamp stadionunda təşkil olunmuş oyun, kataloniyalıların 3:2 hesablı qələbəsi ilə nəticələndi.

Meydan sahiblərinin tərkibində 17-ci dəqiqədə A.İnyesta, 45 və 90-cı dəqiqələrdə isə Lionel Messi dublya imza ataraq komandasına qələbə qazandırdı.

Realın tərkibində isə Kriştiano Ronaldo və Karim Benzema qollara imza atdılar.

Komandalar arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşdı.

Xəbər lenti

Xəbər lenti