...

Azərbaycanın əmək naziri DÇ-də iştirak edəcək cüdoçularla görüşüb

Cəmiyyət Materials 18 Avqust 2011 19:15 (UTC +04:00)
Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov avqustun 23-dən 28-dək Parisdə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında ölkəmizi təmsil edəcək cüdoçularla görüşüb. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycanın əmək naziri DÇ-də iştirak edəcək cüdoçularla görüşüb

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov avqustun 23-dən 28-dək Parisdə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında ölkəmizi təmsil edəcək cüdoçularla görüşüb. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ölkə rəhbərinin davamlı dəstəyi sayəsində Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu vurğulayan Ələkbərov dünya cüdo ailəsinin fəal üzvünə çevrilən milli cüdo məktəbinin parlaq qələbələr seriyasını yarışdan-yarışa uğurla davam etdirdiyini deyib. Nazir tatami ustalarımızın Parisdə də əsl mübarizlik əzmi və peşəkarlıq nümayiş etdirərək ölkəmizin idman şərəfini bir daha yüksəldəcəklərinə, London Yay Olimpiya Oyunlarına lisenziya xallarının sayını artıracaqlarına əminliyini bildirib.

Görüşdə cüdoçularımızın çempionatda iştirakı ilə bağlı təşkilati məsələlər ətaflı müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti