...

Azad Rəhimov: Azərbaycanda vahid idman forması tətbiq oluna bilər

Cəmiyyət Materials 26 Avqust 2011 15:10 (UTC +04:00)
Azərbaycanda vahid idman forması tətbiq oluna bilər. Trend-in məlumatına görə, bunu cümə günü avarçəkmə üzrə milli komandanın üzvləri ilə görüş zamanı gənclər və idman naziri Azad Rəhimov bildirib.
Azad Rəhimov: Azərbaycanda vahid idman forması tətbiq oluna bilər

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda vahid idman forması tətbiq oluna bilər. Trend-in məlumatına görə, bunu cümə günü avarçəkmə üzrə milli komandanın üzvləri ilə görüş zamanı gənclər və idman naziri Azad Rəhimov bildirib.

"London Olimpiya Oyunları üçün Azərbaycan idmançılarına vahid idman forması hazırlanır və bu forma ictimaiyyət tərəfindən dəstək qazansa, Azərbaycan idmançıları üçün vahid idman geyimi kimi tətbiq olunacaq", - Rəhimov deyib.

Nazir qeyd edib ki, Olimpiya Oyunlarına hazırlıqla bağlı dövlət tərəfindən əlavə maliyyə vəsaiti ayrılıb. Bu da təlim-məşq prosesi, vitaminlərin alınması və dopinq testlər üçün istifadə olunacaq.

Rəhimov deyib ki, olimpiadaya bir ilə yaxın vaxt qalmasına baxmayaraq, Azərbaycan idmançilarının Londonda yerləşməsi və digər təşkilatı məsələləri demək olar ki, həll edilib.

Xəbər lenti

Xəbər lenti