...

Azərbaycanda qızıl və gümüş medal alan orta məktəb məzunlarının hamısı ali məktəbə daxil olub

Cəmiyyət Materials 29 Avqust 2011 12:43 (UTC +04:00)
Azərbaycanda qızıl və gümüş medal alan orta məktəb məzunlarının hamısı ali məktəbə daxil olub.
Azərbaycanda qızıl və gümüş medal alan orta məktəb məzunlarının hamısı ali məktəbə daxil olub

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qızıl və gümüş medal alan orta məktəb məzunlarının hamısı ali məktəbə daxil olub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə qızıl və gümüş medala layiq görülən 53 nəfər məzunun 49-u respublikanın, 4-ü isə xarici ölkələrin ali məktəblərinə qəbul olunub. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb.

Məzunların hamısı ali məktəblərə yüksək balla daxil olublar.

1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılmışdı. Uzun fasilədən sonra bu il məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib.

Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na görə, şagirdlərin qızıl və ya gümüş medala namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Medala ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülür.

Xəbər lenti

Xəbər lenti