...

Türkiyə həbsxanalarında 66 Azərbaycan vətəndaşı saxlanılır

Cəmiyyət Materials 31 Avqust 2011 14:57 (UTC +04:00)
Türkiyə həbsxanalarında cəza çəkən əcnəbi məhkumların sayı açıqlanıb.
Türkiyə həbsxanalarında 66 Azərbaycan vətəndaşı saxlanılır

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyə həbsxanalarında cəza çəkən əcnəbi məhkumların sayı açıqlanıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi xəbər yayıb.

Məlumata görə, Türkiyə həbsxanalarında 105 ölkədən 2216 əcnəbi məhkum cəza çəkir. İran məhkumların sayına görə bu siyahıya başçılıq edir. Türkiyə həbsxanalarında 462 nəfər İran, 268 nəfər Türkmənistan, 132 nəfər Gürcüstan, 109 nəfər Suriya vətəndaşı saxlanılır.

İlk onluğa Nigeriya (99 nəfər), Bolqarıstan (96 nəfər), Rumuniya (65 nəfər), Əfqanıstan (61 nəfər) və İraq (41 nəfər) daxildir.

Azərbaycan bu siyahıda 66 nəfər təşkil etməklə 7-ci sırada yer tutub.

Türkiyə həbsxanalarında ən az məhkumu olan ölkələr sırasında İsrail, İsveç, Slovakiya, Uqanda, Yeni Zellandiya və digərləri qərarlaşıb.

Əcnəbi məhkumlardan 79-u isə vətəndaşlığı olmayan şəxslərdir.

Xəbər lenti

Xəbər lenti