...

Bayıl yamacındakı sürüşmə ilə bağlı hesabat hazırlanacaq

Cəmiyyət Materials 1 Sentyabr 2011 13:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacında təhqiqatlar aparır.
Bayıl yamacındakı sürüşmə ilə bağlı hesabat hazırlanacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacında təhqiqatlar aparır.

Mərkəzdən Trend-ə verilən məlumata görə, RSXM əməkdaşları bir neçə gündür Səbail rayonu ərazisindəki Bayıl yamacında baş verən sürüşmə ilə bağlı seysmoloji və geofiziki tədqiqatlara başlayıblar.

Ərazidə yerdə gedən prosesləri müşahidə etmək üçün mobil seysmoloji stansiyalar quraşdırılıb. Bu stansiyalar vasitəsi ilə yerin 50 metrə qədər dərinliyində gedən proseslər müşahidə edilir.

Ərazidə RSXM-in əməkdaşları tərəfindən qravimetrik tədqiqat işləri də aparılır.

Aparılan kompleks tədqiqat işləri başa çatdırıldıqdan sonra tədqiqatların nəticəsi əsasında Bayıl yamacındakı sürüşmə və onun səbəbləri ilə bağlı hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti