Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Xəstələrdə ürək çatışmazlığının aşkar edilməsi alman alimlərin hazırladıqları yeni inqilabi texnologiya sayəsində asanlaşıb. O, xəstəliyi ilkin mərhələdə, heç bir invaziv prosedur aparılmadan aşkara çıxarmağa imkan verir. Trend-in məlumatına görə, bu barədə Science Daily yazır.
"Elektron burun" adlanan sistemi Yena Universiteti xəstəxanasının tədqiqatçılardan ibarət komanda yaradıb. O, hər biri odorant molekulunun (qaza qoxu verən əlavə) müxtəlif tiplərinə xüsusi həssaslıq verən üz qaz sensorundan ibarətdir.
Ötürücülər tərdə müxtəlif iyli molekulları aşkara çıxarır. Xüsisi işlənmiş proqram təminatı isə həmin molekulları, eləcə də xəstələri müəyyən strukturdan asılı olan qruplara ayırmağa imkan verir.
2010-cu ildə tədqiqatçılar 250 nəfərdə xəstəliyin aşkara çıxarılması üçün "elektorn burun"dan istifadə ediblər ki, nəticədə onlardan 126-sı kliniki araşdırmada iştirak ediblər. Bu zaman könüllülər üç qrupa bölünüblər: ürək çatışmazlığı olan, ürək çatışmazlığı bərpa edilmiş xəstələr və sağlam adamlar.
Nəticədə cihaz 89 faiz həssaslıq və 88 faiz spesifikliklə ürək xəstəliyi olanları ürək çatışmazlığı bərpa edilmiş xəstələrdən, eləcə də sağlam adamları 89 faiz həssaslıq və 84 faiz spesifikliklə fərqləndirməyə imkan verib.