...

Azərbaycan ombudsmanı baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib

Cəmiyyət Materials 1 Sentyabr 2011 18:44 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib.
Azərbaycan ombudsmanı baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan ombudsmanı Elmira Süleymanova baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib.

Omdudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinə ATƏT‑in Bakı ofisindən və digər mənbələrdən daxil olmuş məlumatlarda 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun MR-in Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə onun cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqust tarixdə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilib.

Müvəkkil müraciətlərdə göstərilmiş halların araşdırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti