Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda ekoloji postun qarşısında aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciət edib.
İdarənin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində ekoloji postun qarşısında yolun hərəkət hissəsində tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar Bakıdan Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq yaranıb.
İdarə bu istiqamətdə sıxlıq yaranmaması üçün sürücülərdən xahiş edir ki, bu istiqamət üzrə hərəkət edərkən Binəqədi və Biləcəri qəsəbələrindəki alternativ yollardan istifadə etsinlər.
Əliyev təmir-quraşdırma işlərinin bir həftə müddətində yekunlaşacağını bildirib.
Yol polisi sürücülərə müraciət edib
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Sumqayıt yolunda ekaloji postun qarşısında aparılan tikiti-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciət edib.
