...

Azərbaycanda insan ömrünün uzunluğuna yalnız tibbi amillər təsir etmir - nazir müavini

Cəmiyyət Materials 9 Sentyabr 2011 11:47 (UTC +04:00)
Azərbaycanda insan ömrünün uzunluğuna yalnız tibbi amillər deyil, ekologiya və digər amillər də təsir göstərir. Trend-in məlumatına görə, bunu cümə günü keçirilən mətbuat konfransında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Azərbaycanda insan ömrünün uzunluğuna yalnız tibbi amillər təsir etmir - nazir müavini

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ. İsabalayeva/

Azərbaycanda insan ömrünün uzunluğuna yalnız tibbi amillər deyil, ekologiya və digər amillər də təsir göstərir.Trend-in məlumatına görə, bunu cümə günü keçirilən mətbuat konfransında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınların orta ömür uzunluğu 73, kişilərdə 68 yaşdır.

Nazir müavininin sözlərinə görə, BMT-nin ötən il açıqladığı insan inkişafı indeksi ilə bağlı hesabatda Azərbaycan 35 pillə irəliləyib. İrəliləyişdə Azərbaycanda uzunömürlülük göstəricisinin artması da rol oynayıb.

Ağayev gələcəkdə bu göstəricinin daha da artacağına ümid etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti