...

Azərbaycan ombudsmanı ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib

Cəmiyyət Materials 9 Sentyabr 2011 20:35 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Suleymanova ATƏT-in Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.
Azərbaycan ombudsmanı ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Suleymanova ATƏT-in Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətin Trend-ə verilən məlumata görə, görüşdə bu qurumla ombudsman təsisatının insan hüquqları sahəsində gələcək birgə əməkdaşlığının perspektivləri müzakirə olunub.

Süleymanova Azərbaycan Ombudsman təsisatının fəaliyyət dövrü ərzində ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlıq qurduğunu, insan hüquqlarının təmin edilməsi sahəsində qarşılıqlı əlaqələrin faydalı olduğunu, hər iki tərəfin öz imkanlarından səmərəli istifadə etməklə birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Targay böyük təcrübəyə malik olan Azərbaycan ombudsmanı ilə əməkdaşlığın ATƏT-in Bakı ofisinin fəaliyyətində geniş yer tutduğunu və insan hüquqları sahəsində bu qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti