...

Bakı polisi axtarışda olan şəxsi yaxalayıb

Cəmiyyət Materials 10 Sentyabr 2011 11:26 (UTC +04:00)
Bakı polisi axtarışda olan şəxsi yaxalayıb. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakı polisi axtarışda olan şəxsi yaxalayıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bakı polisi axtarışda olan şəxsi yaxalayıb. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddəsi ilə axtarışda olan Rüfət Quluzadə sentyabrın 9-da yaxalanıb.

Xəbər lenti

Xəbər lenti