...

Bakıda mağazalardan oğurluq etmiş şəxslər yaxalanıb

Cəmiyyət Materials 10 Sentyabr 2011 11:23 (UTC +04:00)
Bakıda mağazalardan oğurluq etmiş şəxslər yaxalanıb. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakıda mağazalardan oğurluq etmiş şəxslər yaxalanıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Bakıda mağazalardan oğurluq etmiş şəxslər yaxalanıb. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 27-də Bakı şəhər sakini Famil Verdiyevə məxsus G.Əliyev küçəsində yerləşən mağazadan dəmr barmaqlıqları sındırma yolu ilə 150 manat, ərzaq malları, iyulun 28-də isə həmin küçədə yaşayan Cəlal Məmmədova məxsus mağazadan qapını sındırma yolu ilə 160 manat, mobil telefon, tütün məmulatları və spirtli içkilər oğurlanıb.

Səbail rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 8-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Əhməd Bağırov, Orxan Abdullayev və Salyan rayon sakini Mənsur Musayev sentyabrın 9-da yaxalanıblar.

Xəbər lenti

Xəbər lenti