...

Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Sentyabr 2011 11:18 (UTC +04:00)
Azərbaycanda bu gündən etibarən rezidenturaya sənəd qəbulu başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu gündən etibarən rezidenturaya sənəd qəbulu başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, sənəd qəbulu sentyabrın 19-na qədər (şənbə və bazar günləri istisna olmaqla) davam edəcək. Sentyabrın 20-də isə saat 10:00-dək müvafiq sənəd qəbulu komissiyasına "TQDK-nın ödəmə kartı" və tələb olunan sənədlər şəxsən təqdim edilməlidir.

Abbaszadə deyib ki, qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək.

"Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətində müvafiq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Birinci mərhələnin imtahanı sentyabrın 24-də, ikinci mərhələnin imtahanı isə sentyabrın 25-də keçiriləcək. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq", - Abbaszadə deyib.

Azərbaycanda rezidenturada təhsil dövlət büdcəsi hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti