...

Üzüm qan təzyiqini aşağı salır

Cəmiyyət Materials 13 Sentyabr 2011 12:06 (UTC +04:00)
Üzüm qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini yaxşılaşdırır. Miçiqan Universitetinin alimləri bu qənaətdədirlər.
Üzüm qan təzyiqini aşağı salır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Üzüm qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini yaxşılaşdırır. Miçiqan Universitetinin alimləri bu qənaətdədirlər.

Təcrübə zamanı alimlər siçanları tərkibində yüksək miqdarda duz olan qida ilə yemləyiblər. Onlardan bir qrupuna toz şəklində süfrə üzümü, digər qrupa isə ürək dərmanı veriblər. 18 həftədən sonra təcrübə göstərib ki, üzüm yeyən qrupda ürəyin vəziyyəti dərman yeyən qrupdan daha yaxşı və qan təzyiqinin nəticələri nisbətən aşağı olub. Bu barədə Trend Likar.info agentliyinin məlumatına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti