...

Azərbaycanda 17-ci Beynəlxalq Səhiyyə Sərgisi öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2011 15:03 (UTC +04:00)
Azərbaycanda 17-ci Bakı Beynəlxlq Səhiyyə Sərgisi (BİHE - Baku International Health Exhibition), 6-cı Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və "Beauty Azerbaijan-2011" - 5-ci Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi öz işinə başlayıb.
Azərbaycanda 17-ci Beynəlxalq Səhiyyə Sərgisi öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 17-ci Bakı Beynəlxlq Səhiyyə Sərgisi (BİHE - Baku International Health Exhibition), 6-cı Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və "Beauty Azerbaijan-2011" - 5-ci Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi öz işinə başlayıb. Trend-in məlumatına görə, "Bakı Ekspo" Mərkəzində açılış mərasimi keçirilən "BIHE-2011" sərgisində 19 ölkədən 124 şirkət iştirak edir.

Artıq 17 ildir ki, yerli və beynəlxalq səhiyyə sənayesinin nümayəndələri əməkdaşlıq perspektivlərini və bu sahənin inkişafını müzakirə etmək, habelə səhiyyədə mövcud olan tendensiyaları və texnoloji yenilikləri sektorun geniş mütəxəssis dairəsinə nümayiş etdirmək üçün Bakıda keçirilən ən iri regional sərgidə toplaşırlar. Bu tədbirin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilməsi sərginin yüksək statusunu təsdiq edən amillərdən biridir. Artıq 5 ildir ki, BIHE sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanına layiq görülür.

Sərgidə iştirak edən şirkətlər yüzdən çox məşhur brendi təmsil edirlər. Sərgidə Azərbaycan, Almaniya, Latviya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin aparıcı şirkətlərinin ən yeni ixtiraları nümayiş etdirilir.

Sərginin 40 faizini ekspozisiyanın daimi iştirakçıları təşkil edirlər. Onların arasında "Labservis" (Azərbaycan), "Akgun Software" (Türkiyə), "Amiko" (Rusiya) və digər şirkətlər var. Sərginin eksponentləri arasında ardıcıl olaraq ikinci ildir ki, Bavariya İqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bavariya Milli Stendi (Almaniya) iştirak edir. Alman istehsalçıları sərgidə müasir tibb avadanlıqları, cihazlar, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələri, həmçinin Bavariya tibb müəssisələrinin xidmətlərini nümayiş etdirirlər. Bütövlükdə, BIHE sərgisinin ekspozisiyası tibbi məhsul və xidmətlərin - tibbi avadanlıqlar, əczaçılıq preparatları, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələrinin böyük çeşidi və bir çox digər məhsulları təqdim edir. Bu il laboratoriya avadanlıqları və xaricdə müalicə kimi perspektiv istiqamətlər üzrə fəaliyyət göstərən sərgi iştirakçılarının sayı xeyli artıb.

Layihə çərçivəsində ardıcıl olaraq ikinci ildir ki, əsas diqqəti innovasiyalı məhsullara yönəldən və ümumi ekspozisiyanın 35 faizini təşkil edən "İnnovasiyalar ərazisi" fəaliyyət göstərir. Sərgi çərçivəsində yeni mal və texnologiyaları təqdim edən bütün şirkətlər öz stendlərində və sərgi planında xüsusi nişanla qeyd olunublar. İnnovasiyalı məhsullar haqqında ətraflı məlumatlar ilə sərginin www.bihe.az vebsaytında da tanış olmaq mümkündür.

BIHE sərgisi ilə paralel 6-cı Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisinin də açılışı olub. Burada stomatoloji avadanlıqlar, tez-tez istifadə olunan materiallar və bir çox digər məhsullar təqdim edilir. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, həmçinin Almaniya istehsalı olan 3D tomoqrafiya aparatı nümayiş etdirilir.

Bu il beşillik yubileyini qeyd edən "Beauty Azerbaijan-2011" Azərbaycan beynəlxalq gözəllik və estetik tibb sərgisi öz ekspozisiyasını xeyli genişləndirib. Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və başqa ölkələrdən olan iştirakçılar sərgi çərçivəsində peşəkar kosmetika, bədən və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq üçün materiallar və bir sıra digər məhsulları nümayiş etdirirlər. Bu il ilk dəfə olaraq, sərgidə kollagen kosmetik vasitələr və dişlərin qısa zaman ərzində ağardılması sistemləri nümayiş etdirilir.

2011-ci ilin sərgilərinin tərəfdaşları "AZAL", "Azerfon-Vodafone", "Greenwich Travel Club" və "Caspel" şirkətləri, habelə "Qafqaz Point Hotel" mehmanxanasıdır. Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti isə bu sərginin təşkilatçıları qismində çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti