...

Radiasiyanın mənfi effekti ilə mübarizə aparmağa kömək edən vasitə tapılıb

Cəmiyyət Materials 14 Sentyabr 2011 11:55 (UTC +04:00)
Yaponiyanın "Fukusima" atom elektrik stansiyasının doğurduğu radiasiya təhlükəsi hələ də qalır. Bununla əlaqədar müxtəlif ölkələrin alimləri şüalanmanın mənfi təsirlərini azaltmağa qadir olan vasitələrin axtarışını davam etdirirlər. ABŞ-ın Kimya Cəmiyyətinin mütəxəssisləri bu məqsədlə resveratrol maddəsinə diqqət yetirməyi təklif edirlər. Bu antioksidantı qırmızı şərabda, üzümdə və qozda tapmaq olar. Bu barədə Trend AMİ-TASS agentliyinə istinadən xəbər verir.
Radiasiyanın mənfi effekti ilə mübarizə aparmağa kömək edən vasitə tapılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Yaponiyanın "Fukusima" atom elektrik stansiyasının doğurduğu radiasiya təhlükəsi hələ də qalır. Bununla əlaqədar müxtəlif ölkələrin alimləri şüalanmanın mənfi təsirlərini azaltmağa qadir olan vasitələrin axtarışını davam etdirirlər. ABŞ-ın Kimya Cəmiyyətinin mütəxəssisləri bu məqsədlə resveratrol maddəsinə diqqət yetirməyi təklif edirlər. Bu antioksidantı qırmızı şərabda, üzümdə və qozda tapmaq olar. Bu barədə Trend AMİ-TASS agentliyinə istinadən xəbər verir.

Şüa xəstəliyi və xərçəngin müalicəsində istifadə olunan şüa terapiyası insan orqanizminə eyni dərəcədə ziyan vurmağa qadirdir. Şüalanmanın yüksək dozası isə ölümə, immun xəstəliklərinə, ömrün qısalmasına, genetik pozuntulara səbəb ola bilər.

Axtarışların hazırkı mərhələsində alimlər vasitəni resveratrol əsasında şüa xəstəliyində yoxlamağa çalışıblar. Lakin məlum olub ki, preparatın bir sıra əlavə təsirləri var və onu xərçəng xəstələrinə tətbiq etmək olmaz.

AES-də qəzanın aradan qaldırılmasında iştirak edənlərin aldıqları radiasiya effektinə gəldikdə isə, resveratrolun sınağı zamanı hüceyrələri laboratoriya kolbasında müdafiə etmək mümkün olub. Doğrudur, üzərində təcrübə aparılan siçovullar müdafiə olunmayıblar. Köməyə asetil-resveratrol gəlib. O, heyvanlara radiasiyanın mənfi təsirini azaltmağa imkan verib.

Xəbər lenti

Xəbər lenti