...

Azərbaycanda hakimliyə qəbulla bağlı keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 18 Sentyabr 2011 21:16 (UTC +04:00)
Azərbaycanda vakant hakim yerlərinə keçirilmiş test imtahanının nəticələri açıqlanıb.
Azərbaycanda hakimliyə qəbulla bağlı keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vakant hakim yerlərinə keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş 414 nəfərdən 178-i 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə qəbul üçün test imtahanı keçirilib.

Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla - lototron vasitəsilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçmiş və o yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılıb.

Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunub.

Son illər ərzində yeni mütərəqqi qaydalara uyğun, çoxmərhələli seçim prosedurları nəticəsində 2200 namizəd sırasından 235 nəfər yüksək hazırlıqlı hüquqşünas yazılı və şifahi imtahanları, habelə uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə başa vuraraq müvafiq hakim vəzifələrinə təyin ediliblər.

Xəbər lenti

Xəbər lenti