...

Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək

Cəmiyyət Materials 19 Sentyabr 2011 10:49 (UTC +04:00)
Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə oktyabr ayında Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək.
Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə oktyabr ayında Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək. Bunu İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Şərqi Azərbaycan əyaləti üzrə şöbə müdiri Əli Danəndə deyib. Bu barədə Trend İranın Mehr xəbər agentliyinə istinadən məlumat verir.

Danəndənin sözlərinə görə, Mədəniyyət Günləri çərçivəsində musiqi, əlyazma, teatr, əl işləri və rəssamlıq nümunələri təqdim olunacaq.

Mədəniyyət Günləri çərçivəsində Çingiz Mehdipurun rəhbərlik etdiyi aşıqlar qrupu konsert verəcək. Həmçinin Təbrizin tanınmış xəttatlarından olan Davud Niknamın əl işlərindən ibarət sərgi təşkil olunacaq.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbaqir Bəhrami cari ilin mayında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə bu ilin oktyabr ayında Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi məsləsini müzakirə etmişdi.

Xəbər lenti

Xəbər lenti