...

"Turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa" keçiriləcək

Cəmiyyət Materials 19 Sentyabr 2011 19:12 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə "Turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa" keçiriləcək.
"Turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa" keçiriləcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə "Turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa" keçiriləcək. Tədbir sentyabrın 20-də saat 11:00-da Şuranın ofisində baş tutacaq.

Şuradan bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatılacağı "dəyirmi masa"da MŞ İdarə Heyətinin üzvlərinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunub. Buna uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülüb ki, bunların içərisində "2011-ci il Turizm ilidir" devizi altında proqramların və xüsusi verilişlərin təşkili mühüm yer tutub. Prosesə çap mediasının, o cümlədən qəzet və jurnalların cəlb edilməsi üçün ayrıca rubrikaların və mövzuların da müəyyənləşdirilməsi zəruridir. "Azərbaycanda turizmin inkişafı media müstəvisində" mövzusunda "dəyirmi masa"da bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq, təklif və təşəbbüslər səslənəcək.

Xəbər lenti

Xəbər lenti