...

Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin dizayn eskizlərinin hazırlanması və təbliği həyata keçirilir

Cəmiyyət Materials 21 Sentyabr 2011 12:07 (UTC +04:00)
Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin dizayn eskizlərinin hazırlanması və təbliği
Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin dizayn eskizlərinin hazırlanması və təbliği həyata keçirilir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın qədim, zəngin və çoxşaxəli mədəni irsinin dünya səviyyəsində təbliği məqsədilə Azərbaycan Respublikasinin Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İnkişaf naminə təşəbbüs" İctimai Birliyi "Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin dizayn eskizlərinin hazırlanması və təbliği" layihəsini həyata keçirib.

Birlikdən çərşənbə günü Trend-ə bildiriblər ki, layihənin əsas məqsədi ölkəmizə gələn turistlər vasitəsilə Azərbaycanın qədim tarix, mədəniyyət və xalq yaradıcılığı nümunələrinin xarici ölkələrdə təbliğidir.

Layihə çərçivəsində xalq yaradıcılığı nümunələrinin və Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini və bu gününü özündə əks etdirən yeni, müasir hədiyyə və suvenirlər hazırlanıb. On tematik istiqaməti əks etdirən hər bir suvenirin hazırlanmasında istifadə olunan naxış və ornamentlər sırf Azərbaycan xalq yaradıcılığına aiddir və milli koloriti əks etdirir.
Layihə icraçıları bu naxış və ornamentləri Bakı, Gəncə, Şəki, İsmayıllı, Quba, Lənkəran şəhərlərinin qədim mədəni irs numunələrindən seçiblər.

Bu suvenirlərə onlayn baxışın keçirilməsi məqsədilə www.ornament.az saytı yaradılıb.

Saytda həmçinin layihə haqqında ətraflı məlumat, Azərbaycanın naxış və ornament tarixi, layihə çərçivəsində istifadə olunan mənbələr əks olunub.

Xəbər lenti

Xəbər lenti