...

Sabah Azərbaycanda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Cəmiyyət Materials 23 Sentyabr 2011 12:49 (UTC +04:00)
Sabah Azərbaycanda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Sabah Azərbaycanda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Sabah Azərbaycanda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti