...

ABŞ ordusunda intiharların sayının azalmasına balıq yağı kömək edəcək

Cəmiyyət Materials 23 Sentyabr 2011 18:15 (UTC +04:00)
Yaxın vaxtlarda ABŞ əsgərlərinə ciddi şəkildə balıq yağı verilə bilər. Hərbi rəhbərlik omeqa-3 turşusunun Silahlı Qüvvələrdə intiharlarının sayını azaltmaga qadir olduğunu aydınlaşdırmaq istəyir.
ABŞ ordusunda intiharların sayının azalmasına balıq yağı kömək edəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Yaxın vaxtlarda ABŞ əsgərlərinə ciddi şəkildə balıq yağı verilə bilər. Hərbi rəhbərlik omeqa-3 turşusunun Silahlı Qüvvələrdə intiharlarının sayını azaltmaga qadir olduğunu aydınlaşdırmaq istəyir. Trend-in məlumatına görə, bu barədə "USA Today" qəzeti yazır.

Ötən ay "Journal of Clinical Psychiatry" jurnalında dərc olunan araşdırmalar göstərib ki, dokozageksan turşusu kimi də tanınan omeqa-3 göstəricilərinin aşağı olduğu qeydə alınan əsgərlərin 62 faizi intihara daha çox meyillidirlər. Bunu 2002-ci və 2008-ci illər arasında intihar törətmiş 800 əsgərdən götürülən qan nümunələri ilə yoxlama qrupunun qan nümunələrinin müqayisəsi sübut edib.

Araşdırma müəlliflərinin sözlərinə görə, intiharın qarşısını təkcə balıq yağı almır. Yeri gəlmişkən, ötən il ərzində ABŞ ordusundakı intiharların göstəricisi 22:100 000 nisbətində olub. Bu isə mülki əhali arasındakı analoji yaş qrupundakından yüksəkdir.

Bundan əvvəl omeqa-3 ürəyi müdafiə edən universal məhsul adlandırılıb. Mayo klinikasının sınaqları sübut edib ki, tərkibində yağ turşuları olan əlavələr depressiya simptomlarının kəskinliyini aradan qaldırmağa qadirdir. Alimlər daha irimiqyaslı tədqiqatların aparılmasının zəruriliyini dəqiqləşdirirlər.

Xəbər lenti

Xəbər lenti