Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Xəzər həftəsi" ilə əlaqədar tədbirlərə start verib.
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Beynəlxalq Dəniz Günü ilə əlaqədar sentyabrın 26-dan 30-dək "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən, respublikanın bir sıra orta təhsil müəssisələrində "Mavi Xəzərimiz" mövzusunda lektoriyalar təşkil olunmaqla müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verilib.
ETSN nümayəndələrinin iştirak etdiyi tədbirlərdə su hövzələrinin zənginliyi, eyni zamanda onun resurslarının qorunmasının vacibliyi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumatlar verilib.
Beynəlxalq Dəniz Günü ilə əlaqədar keçiriləcək tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəldilib.
Ekologiya Nazirliyi "Xəzər həftəsi" ilə əlaqədar tədbirlərə start verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Xəzər həftəsi" ilə əlaqədar tədbirlərə start verib.
