...

"Mançester Yunayted" və "Trabzonspor" gözlənilməz məğlubiyyətdən xilas oldular

Cəmiyyət Materials 28 Sentyabr 2011 03:08 (UTC +04:00)
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun birinci oyun günü başa çatıb.
"Mançester Yunayted" və "Trabzonspor" gözlənilməz məğlubiyyətdən xilas oldular

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun birinci oyun günü başa çatıb.

А qrupunda "Bavaria" - "Mançester siti" -2:0, "Napoli"- "Villyareal" 2:0 hesabı qeydə alınıb.

C qrupunda isə günün ən gözlənilməz nəticəsi qeydə alındı. "Mançester Yunayted" oyunun son dəqiqələrində İsveçrənin "Basel" klubu ilə hesabı bərabərləşdirə bilib - 3:3.

Eyni qrupda iştirak edən Portuqaliyanın "Benfika" klubu 0:1 hesabla Rumıniyanın "Otelul" klubuna qalib qəlib.

D qrupundakı oyunların nəticələri:

Lionun Olimpik komandası Zaqrebin Dinamo klubunu 2:0 hesabla, Madridin Real klubu Amsterdamın Ayaks klubunа 3:0 hesabla qalib gəlib.

B qrupunda Moskvada CSKA 2:3 hesabla "İnternazionale"yə uduzub. Bu qrupun digər matçında "Trabzonspor" "Lill" ilə bərabərə qalıblar -1:1.

Xəbər lenti

Xəbər lenti