...

ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2011 14:30 (UTC +04:00)
ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər (FOTO)
ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

ABŞ-ın yəhudi icmasının nümayəndələri Azərbaycanda səfərdədirlər. Trend-in məlumatına görə, icmanın fəallarından olan Dafna Zimanın rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə günü Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını ziyarət edib.

Nümayəndə heyətinin rəhbəri Dafna Zima jurnalistlərə açıqlamasında bildirib ki, səfər çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüş keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti