...

Azərbaycanda rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi yekunlaşıb

Cəmiyyət Materials 29 Sentyabr 2011 09:57 (UTC +04:00)
2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbul imtahanında iştirak edərək müsabiqədə iştirak etmək hüququ qazanan namizədlər üçün ixtisas seçimi bu gün saat 10.00-da yekunlaşır.
Azərbaycanda rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi yekunlaşıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbul imtahanında iştirak edərək müsabiqədə iştirak etmək hüququ qazanan namizədlər üçün ixtisas seçimi bu gün saat 10.00-da yekunlaşır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, müsabiqədə iştirak hüququ olan namizədlər üçün ixtisas seçimi sentyabrın 26-dan aparılıb. Bu müddətdə namizədlər elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) qəbul olmaq istədikləri ixtisasları seçib və ixtisas seçimini təsdiq ediblər.

Müsabiqədə 316 plan yeri üzrə 860 namizəd iştirak hüququ qazanıb.

Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə - sentyabrın 24 və 25-də keçirilib.

Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza, ikinci mərhələdə ixtisas fənləri üzrə biliklər yoxlanılıb.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılıb.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti