...

Gürcü tarixçinin "Ermənilər Ermənistan axtarışında" kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2011 13:46 (UTC +04:00)
Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın "Ermənilər Ermənistan axtarışında" kitabının təqdimatı keçirilib.
Gürcü tarixçinin "Ermənilər Ermənistan axtarışında" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda cümə axşamı tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın "Ermənilər Ermənistan axtarışında" kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimat mərasimi "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" adlı beynəlxalq konfrans çərçivəsndə baş tutub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, Marxuliya Azərbaycan xalqının tarixini araşdırdığına görə, ermənilər tərəfindən çoxlu təqiblərə məruz qalır.

"O, AMEA-nın Tarix İnstitutu ilə birlikdə araşdırmalarını davam etdirir", - Mahmudov əlavə edib.

Tarix İnstitunun direktoru Marxuliyanın kitabından da söz açıb.

"Ermənilər böyük Ermənistan yaratmaqdan ötrü Balkan yarımadasından başlayaraq axtarış aparıblar və sonra gəlib Cənubi Qafqaza çıxıblar. 1828-ci ildə rusların köməyi ilə bura köçürülüblər. Kitabda bütün bu hadisələr tam təfsilatı ilə verilib", - Mahmudov deyib.

Xəbər lenti

Xəbər lenti