...

İspaniya KİV nümayəndələrinin Azərbaycana press-turu başlayıb

Cəmiyyət Materials 3 Oktyabr 2011 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

İspaniyanın KİV nümayəndələrinin Bakıya press-turu başlayıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bazar ertəsi Trend-ə bildirib ki, oktyabrın 2-dən başlayan press-tur oktyabrın 9-da yekunlaşacaq.

Press-tur Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. İspaniyanın KİV nümayəndələri Azərbaycanda olduqları müddətdə Bakı və regionların turizm imkanları, Azərbaycanın 20 illik müstəqillik dövründə əldə etdiyi nailiyyətlərlə tanış olacaqlar.

Xarici jurnalistlər ölkələrinə qayıtdıqdan sonra ictimaiyyətə Azərbaycanın turizm imkanları və nailiyyətləri barədə geniş məlumat verəcəklər.

İsmiyev belə səfərlərin Azərbaycanın turizm imkanlarını xarici ölkələrdə tanıtmaq baxımından çox əhəmiyyətli olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti