...

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almış gənclərin işlə təminatına aydınlıq gətirib

Cəmiyyət Materials 5 Oktyabr 2011 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Həqiqi hərbi xidmətə çağırılanlar istisna olmaqla, "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alaraq məzun olmuş gənclərin hamısı işlə təmin edilib. Bunu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, xaricdə təhsil almış gənclərin Azərbaycanda iş tapmaq problemi olmur.

Novruzov həmin gənclərin dövlət qulluğuna işə qəbul zamanı müsabiqədə iştirak etmədən birbaşa müsahibəyə qatıldığını da qeyd edib.

2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 5 min gəncin xaricdə təhsili nəzərdə tutulub.

Dövlət Proqramı çərçivəsində ötən il 259 nəfər Azərbaycan gənci təhsil almaq üçün müxtəlif ölkələrə göndərilib. Bu proqramın 50-dən çox məzunu var.

Xəbər lenti

Xəbər lenti