Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Muzeyi yaradılır. Bu barədə şənbə günü Trend-ə İnstitutunun direktoru Maisə Rəhimova məlumat verib.
O bildirib ki, bu ilin sonunadək muzeyin açılışı olacaq. Muzey Bakıda yaradılır.
Rəhimova əlavə edib ki, hazırda həm də institutun Arxeoloji Fondu əsaslı təmir edilir. Gələn il ərzində fondun açılışı nəzərdə tutulur.
İnstitut direktoru təmirə qədər Arxeoloji Fondun çox bərbad vəziyyətdə olduğunu deyib. Onun sözlərinə görə, Bakıda Arxeoloji Fondda 500 mindən artıq arxeoloji material saxlanılır.