...

Kipr Beynəlxalq Universitetinin Azərbaycandakı rəsmi təmsilçisi olan Millennium Tourism and Congress DMC-nin nümayəndələrinin rəhbərliyi ilə bu il qəbul olan tələbələr universitetə yerləşdiriliblər

Cəmiyyət Materials 10 Oktyabr 2011 15:12 (UTC +04:00)

Sentyabrın 19-da Kipr Beynəlxalq Universitetinin Azərbaycandakı rəsmi təmsilçisi olan Millennium Tourism and Congress DMC-nin nümayəndələrinin rəhbərliyi ilə bu il qəbul olan tələbələr universitetə yerləşdirildilər.

Heyət Ercan Hava Limanında Universitetin Rektorluq işçiləri tərəfindən qarşılandı. Yolboyu tələbələrə ölkə haqqında qısa məlumat verildi. Kipr Beynəlxalq Universitetinə çatdıqdan sonra tələbələr yataqxanalara yerləşdirildilər. Sentyabrın 20-də tələbələr panoramik Lefkoşa turunda Yaşıl Xət Sərhəddi ilə, Girnə Qapısı ilə tanış oldular. 21.09 - tələbələrə Karpaz yarımadasının tarixi abidələri, ən məşhur çimərlikləri göstərildi. 22.09 - tələbələr ilk imtahanlarını verdilər. 23.09 - Qazimağosa turu ilə yadda qaldı.

Turda Salamis xarabalıqları, Lala Mustafa Paşa Məscidi, Namiq Kamal zindanı ziyarət edildi. 24.09 - tələbələrin futbol oyunu kimi yadda qaldı. Digər ölkələrdən (Türkiyə, Nigeriya, Türkmənistan, Qazaxstan) olan oyunçularında iştirak etdiyi oyunda dostluq qələbə qazandı (3:3). 25.09 - isə tələbələr paintball oyununda iştirak etdilər. Azərbaycanlı tələbələrin çoxluq təşkil etdiyinə baxmayaraq Nigeriya və Türkmənistan vətəndaşları da bu oyunda iştirak etdilər.

Qeyd edək ki, Azərbaycanlı tələbələrin zamanının səmərəli keçməsi üçün "Millennium Tourism and Congress DMC" MMC-nin təşkil etdiyi turlar və əyləncə proqramlarında iştirak edən bütün azərbaycanlı, türk, nigeriyalı, türkmən, qazax və s. millətlər tam razı qaldılar.

25.09 tarixində "Millennium Tourism and Congress DMC" MMC-nin təşkil etdiyi bütün azərbaycanlı tələbələrin iştirakı ilə iclas keçirildi. İclasda gələcək planlardan, görüləcək işlərdən və Azərbaycan Respublikasının bütün bayramlarının Kipr Beynəlxalq Universitetində keçirilməsi ilə bağlı razılaşma əldə edildiyi haqqında məlumat verildi. İclasın sonunda türk tələbələrinin sədri və onun koordinatorları ilə tanış olan tələbələr iclasın sonunda xatirə şəkli çəkdirdilər.

Xatırladaq ki, bu il Kipr Beynəlxalq Universitetinə qəbul olan 100-dən artıq tələbə "Millennium Tourism and Congress DMC" MMC-nin nümayəndə heyyətinin rəhbərliyi ilə 19 sentyabr tarixində Kiprə getmiş və tələbələrin yerləşdirilməsi ilə, qeydiyyatı ilə, asudə vaxtlarının səmərəli keçirilməsi ilə məşğul olmuşlar. Nümayəndə heyyəti sentyabr ayının 26-da Bakıya qayıtmışdır.

Xəbər lenti

Xəbər lenti