...

Azərbaycanda məktəbəqədər, orta ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin elektron məlumat bazası yaradılır

Cəmiyyət Materials 11 Oktyabr 2011 17:36 (UTC +04:00)
Azərbaycanda məktəbəqədər, orta ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin vahid elektron məlumat bazası yaradılır.
Azərbaycanda məktəbəqədər, orta ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin elektron məlumat bazası yaradılır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda məktəbəqədər, orta ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin vahid elektron məlumat bazası yaradılır. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, hazırda hər üç təhsil müəssisəsində vahid elektron bazasının yaradılması üçün yerlərdən məlumatlar toplanılır. Məlumat bazalarının bu ilin sonunadək hazır olması nəzərdə tutulur. Gələn il isə bazaya əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir.

Hazırda orta məktəblərin və peşə təhsili müəssisələrinin məlumat bazası fəaliyyət göstərir.

Bazaların yaradılması adıçəkilən müəssisələrlə bağlı məlumatları daha asan və operativ şəkildə əldə etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti