...

Mehmet Görməz: Azərbaycan ilə Türkiyənin dini qurumları arasında əlaqələrin inkişafı bölgənin müsəlman xalqları üçün önəmlidir

Cəmiyyət Materials 14 Oktyabr 2011 12:15 (UTC +04:00)
Türkiyə ilə Azərbaycanın dini qurumları arasında əlaqələrin inkişafı bölgənin müsəlman xalqları üçün önəmlidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin dini işlər naziri Mehmet Görməz bildirib.
Mehmet Görməz: Azərbaycan ilə Türkiyənin dini qurumları arasında əlaqələrin inkişafı bölgənin müsəlman xalqları üçün önəmlidir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ilə Azərbaycanın dini qurumları arasında əlaqələrin inkişafı bölgənin müsəlman xalqları üçün önəmlidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin dini işlər naziri Mehmet Görməz bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında dini əlaqələrin inkişafı digər sahələrdə əlaqələrin daha da inkişafına təkan verir.

Türkiyə ilə Azərbaycan Dağlıq Qarabağ probleminin dünya arenasında təbliği üçün işlər aparır. Bunu isə cümə günü jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında dini və mənəvi əlaqələr inkişaf etdirilir.

Mehmet Görməzin cümə axşamından Azərbaycana səfəri başlayıb. Görməz səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Türkiyəli nazirin rəhbərlik etdiyi nümayəndə heyəti cümə günü Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti