...

Bakıda yeni məscidin tikilməsi ilə bağlı müraciət edilib

Cəmiyyət Materials 14 Oktyabr 2011 16:40 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Türkiyə Diyanət İşləri Bakanlığı Bakı şəhər İcra Hakimiyyətinə yeni məscidin tikilməsi ilə bağlı müraciət ediblər.
Bakıda yeni məscidin tikilməsi ilə bağlı müraciət edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Türkiyə Diyanət İşləri Bakanlığı Bakı şəhər İcra Hakimiyyətinə yeni məscidin tikilməsi ilə bağlı müraciət ediblər. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda səfərdə olan Türkiyənin diyanət işləri başqanı Mehmet Görmez QMİ-də görüşü zamanı deyib.

Müraciətdə qeyd olunur ki, Bakıda məskunlaşan çoxsaylı Türkiyə vətəndaşlarının indiyə qədər ziyarət etdiyi Şəhidlər xiyabanındakı "Şəhidlik" məscidi təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırıb.

"Məscidin mərkəzdə yerləşməsi gediş-gəliş üçün narahatlıq yaradır, avtomobil tıxaclarına səbəb olur. Bunu nəzərə alaraq istəyirik ki, Türkiyə-Azərbaycan qardaşlığının rəmzi olan yeni məscid komlpleksinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına göstəriş verəsiniz", - müraciətdə deyilir.

Paşazadə tədbirdə deyib ki, Şəhidlər xiyabanındakı "Şəhidlik" məscidi qalacaq, əhali təntənəli mərasimlər üçün məsciddən istifadə edə biləcək.

Xəbər lenti

Xəbər lenti