...

Füzuli rayonunda ilk açıq ürək əməliyyatları davam edir (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2011 20:07 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən humanitar aksiya çərçivəsində "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı 3-cü regional elmi-praktiki konfrans keçirilib.
Füzuli rayonunda ilk açıq ürək əməliyyatları davam edir (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən humanitar aksiya çərçivəsində "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı 3-cü regional elmi-praktiki konfrans keçirilib.

ARDNŞ-dən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyi günü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə keçirilən humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının yüksəkixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası oktyabrın 10-dan cəbhə bölgəsi olan Füzuli rayonunda açıq ürək əməliyyatlarına start verib. Bu əməliyyatlar ölkə Prezidentinin birbaşa göstərişinə əsasən, ARDNŞ-in maliyyə vəsaiti hesabına Füzuli rayonunun Böyük Bəhmənli kəndində inşa olunan və ən müasir tibbi avadanlıq və cihazlarla təmin edilən Füzuli Tibb Mərkəzində həyata keçirilir.

Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Xəstəlikləri Mərkəzinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun bildirdiyinə görə, 6 gün ərzində davam edəcək aksiya zamanı ümumilikdə 12 nəfərin əməliyyat olunması nəzərdə tutulub ki, onlardan 4-ü uşaqdır. Bu günədək 7 xəstə üzərində əməliyyat aparılıb və bu əməliyyatların hər biri uğurla nəticələnib. Həkim şəfasına ehtiyac duyanların 11 nəfəri erməni işğalı nəticəsində doğma yurd-yuvasından didərgin düşən soydaşlarımızdır. Onların 5-də aorta-koronar şuntlama, 6-da anadangəlmə ürək qüsurunun aradan qaldırılması, bir xəstədə isə mitral qapaq əməliyatının keçirilməsi planlaşdırılıb.

Humanitar aksiya çərçivəsində oktyabrın 14-də Füzuli Tibb Mərkəzində bu səhiyyə ocağında çalışan, eyni zamanda, ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı elmi-praktiki konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan ARDNŞ Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi Nizami Rzayev Füzuli Tibb Mərkəzinin fəaliyyətə başlamasını dövlət başçısının əhalinin sağlamlığına göstədiyi yüksək diqqət və qayğının bariz nümunəsi kim dəyrləndirib.

Konfransda Rəşad Mahmudov "Ürəyin işemik xəstəliyinə ümumi baxış", doktor Abbasəli Abbasəliyev "Ürəyin işemik xstəliyində revaskulizasiyaya göstərişlər" mövzusunda məruzə təqdim ediblər. Doktor Elmar Məmmədov "Döş qəfəsi yaralanmalarında tibbi strategiya", türkiyəli professor Ahmet Memiş "Dammar yaralanmalarında təcili endivaskulyar müalicə", tibb elmləri namizədi Seymur Musayev "Asianotik anagəlmə ürək qüsurları", doktor Ermanno Mazza "Sianotik anagəlmə ürək qüsurları" mövzularında öz araşdırma və tövsiyələrini konfrans iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Aksiya çərçivəsində həmçinin, Füzuli Tibb Mərkəzinin poliklinika şöbəsində "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" İctimai Birliyinin "Azərbaycanda Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı" proqramı daxilində Füzuli rayonunda məskunlaşan məcburi köçkün və yerli rayon əhalisindən 250 nəfər müayinə olunacaq, onlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq. Bununla yanaşı, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti