Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan sinoptikləri bazar günü ölkə ərazisində mülayim isti hava şəraiti vəd edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin gün ərzində dəyikən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-18, gündüz 21-26 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam Lənkəran-Astara bölgəsində qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə təşkil edəcək.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan sinoptikləri istirahət günü mülayim isti hava şəraiti vəd edir
Azərbaycan sinoptikləri bazar günü ölkə ərazisində mülayim isti hava şəraiti vəd edir
