...

Azərbaycanda həbsxanaya mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2011 20:49 (UTC +04:00)
Qobustan həbsxanasının əməliyyat aparatı tərəfindən müəssisəyə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Azərbaycanda həbsxanaya mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qobustan həbsxanasının əməliyyat aparatı tərəfindən müəssisəyə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, oktyabrın 21-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1971-ci il təvəllüdlü, CM-nin 179.3; 177.2.1; 177.2.2; 177.2.3; 180.1; 181.2.1; 181.2.2; 181.2.5; 234.1; 66.3; 93-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Süleyman Findi oğlunun adına vətəndaş Məmmədov Nəriman Valeh oğlu tərəfindən göndərilmiş banderol həbsxana əməkdaşları tərəfindən məhkumun yanında açılıb və içərisindəki ərzaq məhsullarına baxış keçirilərkən "Super sun" əridilmiş mətbəx yağı konserv bankasının içərisində yerləşdirilərək skoçla bərkidilmiş 1 ədəd "MFU" markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq, 1 ədəd telefon ekranı, 1 ədəd ehtiyat batareya və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti