...

Azərbaycanlı gimnast İzmirdəki beynəlxalq turnirin bürünc mükafatçısı olub

Cəmiyyət Materials 24 Oktyabr 2011 14:20 (UTC +04:00)
Azərbaycanlı gimnast Gülsüm Şəfizadə ötən istirahət günləri İzmirdə keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub.
Azərbaycanlı gimnast İzmirdəki beynəlxalq turnirin bürünc mükafatçısı olub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycanlı gimnast Gülsüm Şəfizadə ötən istirahət günləri İzmirdə keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

13 yaşlı bakılı idmançı təsnifatda irəli çıxaraq finala düşüb və burada topla hərəkətlərdə üçüncü yeri tutub.

Ölkə yığmasının baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, gimnast digər kompozisiyaları ilə də yaxşı təəssürat yaradıb. "Bu, onun klublararası dünya çempionatında (28-30 oktyabrda Tokioda keçiriləcək) da uğurlu çıxış edəcəyinə ümid etməyə əsas verir. Burada o, "Neftçi" komandasının tərkibində Aliyə Qarayeva və Anna Qurbanova ilə birgə çıxış edəcək", - bolqariyalı mütəxəssis bildirib.

Milli komandanın lideri Aliyə Qarayevaya gəldikdə, o, İtaliyada keçirilən klub çempionatının A1 seriyasının birinci turunda iştirak edib. Onun "Ritmika Pyemond" komandası hesabat turundan sonra 6-cı yeri tutur. Aliyənin özü isə bir predmetlə - topla çıxış edib və 27,325 bal toplayıb. Bu komandada və rusiyalı Darya Dmitriyevadan sonra bu növ üzrə çıxış edən bütün gimnastlar arasında ən yüksək göstərici olub.

А1 seriyasının ikinci turu noyabrın 5-də Milan yaxınlığındakı Pavia adlanan yerdə keçiriləcək.

Bolqarıstanın Varna kurort şəhərində akrobatik gimnastika üzrə yaş qruplarının Avropa yarışı başa çatıb. Azərbaycanı bu Avropa forumunda Murad Məmmədov və Murad Kərimovdan ibarət cütlük təmsil edib.

"Demək olar ki, bu duetin debütü baş tutub. Təsnifatda oğlanlar balans (25.15 bal) və sürət (26.65) hərəkətlərini yerinə yetirdikdən sonra 8-ci olublar və qarışıq kombinasiyalar göstərmək hüququnu əldə ediblər. Finalda Muradın üçüncü yeri tutmaq üçün azacıq yarış təcrübəsi və 0,75 balı çatmayıb. Nəticədə onlar İspaniya və Fransadan olan yaşıdlarından sonra 4-cü yeri tutublar, rusiyalı akrobatlar isə çempion olublar", - beynəlxalq dərəcəli hakim İradə Qurbanova deyib.

Xəbər lenti

Xəbər lenti