...

Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdiriləcək

Cəmiyyət Materials 25 Oktyabr 2011 15:50 (UTC +04:00)
Azərbaycanda turizm sahəsində normativ hüquqi baza və dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdiriləcək.
Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdiriləcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm sahəsində normativ hüquqi baza və dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdiriləcək. Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bu barədə "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi zərfi" layihəsində nəzərdə tutulur.

Sənəd layihəsində qeyd edilir ki, 2012-2015-ci illəri əhatə edən "Ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyası"na uyğun olaraq, ölkədə turizm və rekreasiya zonalarında müvafiq infrastruktur yaradılacaq. Ölkənin bütün regionlarında turizm fəaliyyəti stimullaşdırılacaq, yeni turizm marşrutları yaradılacaq.

Bununla yanaşı, turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə mütərəqqi üsullar, standartlar hazırlanacaq və tətbiq ediləcək. Turizm statistikası müasir tələblərə uyğun olaraq daha da təkmilləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti