...

Azərbaycanda 30-dan çox yol polisi daxili işlər orqanlarından azad edilib

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:38 (UTC +04:00)
Azərbaycanda 30-dan çox yol polisi əməkdaşı bu ilin 9 ayı ərzində yol verdikləri nöqsanlara görə daxili işlər orqanlarından azad edilib.
Azərbaycanda 30-dan çox yol polisi daxili işlər orqanlarından azad edilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 30-dan çox yol polisi əməkdaşı bu ilin 9 ayı ərzində yol verdikləri nöqsanlara görə daxili işlər orqanlarından azad edilib. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

DYP əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilib, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 32 əməkdaş DİO-da xidmətdən xaric, 20 nəfər isə tutduğu vəzifədən azad edilib.

Məlumatda o da bildirilib ki, BDYPİ DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti