...

Vergilər Nazirliyi Bərdədə qanunsuz metal ticarəti ilə məşğul olan şəxsi aşkarlayıb

Cəmiyyət Materials 26 Oktyabr 2011 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Hacıyev/

Vergilər Nazirliyi Bərdədə qanunsuz metal ticarəti ilə məşğul olan şəxsi aşkarlayıb. Bu barədə çərşənbə günü Trend-ə Vergilər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 11 saylı Ərazi Vergilər İdarəsində uçota durmadan sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslərin aşkar edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbirləri həyata keçirilərkən Bərdə rayonunun Cəyirli kənd sakini sahibkar Əhmədov Ravil Arif oğlunun öz həyətyanı sahəsində xüsusi razılıq (lisenziya) almadan qara və əlvan metalların tədarükü, əlvan metalların emalı (əridilməsi) və satışı ilə məşğul olduğu məlum olub.

Aparılan araşdırmalar zamanı sahibkar Əhmədova məxsus anbarda ümumi çəkisi 1 ton 666 kq olan 238 ədəd külçə halında əridilmiş düralminium və 3,5 ton qara metal aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, tədarük və emal edilən qara və əlvan metallar 1 mart 2011-ci il tarixli 3 nömrəli müqavilə əsasında "Azmet LTD" MMC-yə satılır.

Sahibkar Əhmədov tərəfindən 2 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub.

Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı sahibkar Əhmədov tərəfindən qara və əlvan metalların emalı və tədarükü ilə bağlı gəlir və xərclərin aparılmasına dair heç bir sənəd təqdim edilməyib.

Xəbər lenti

Xəbər lenti