...

Sabah üzgüçülük üzrə Azərbaycan kuboku yarışları start götürəcək

Cəmiyyət Materials 27 Oktyabr 2011 16:17 (UTC +04:00)
Oktyabrın 28-də üzgüçülük üzrə Azərbaycan kuboku yarışları Gəncə şəhərində start götürəcək.
Sabah üzgüçülük üzrə Azərbaycan kuboku yarışları start götürəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Oktyabrın 28-də üzgüçülük üzrə Azərbaycan kuboku yarışları Gəncə şəhərində start götürəcək.

Trend-in məlumatına görə, oktyabrın 31-dək davam edəcək yarışlarda Bakı və Sumqayıt idmançıları ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən Olimpiya idman komplekslərində məşğul olan idmançıların da iştirakı gözlənilir.

Yarışın açılış mərasimi oktyabrın 28-də saat 11:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti